Məzmuna keç

Rusiya Ukraynaya casusluqda şübhəli bilinən şəxsləri saxladı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Melitopolda Rusiya Silahlı Qüvvələrinin yerləşdiyi yerlər haqqında məlumat toplayan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin iki agentini saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.

Təqsirləndirilənlər göstərişə əsasən raket-bomba zərbələri və təxribat üçün Rusiya Silahlı Qüvvələrinin bölmələrinin şəxsi heyətinin və hərbi texnikasının yerləşdiyi yerlər barədə məlumatlar toplayaraq ötürüblər.

Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb.

Humay Eminqızı