- 15 İyul 23:36
İyunun 20-dən Hindistanın Himaçal-Pradeş əyalətində güclü musson yağışlarının səbəb olduğu sel, torpaq sürüşməsi və leysan nəticəsində ölənlərin sayının 54 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, musson yağışları səbəbindən baş verən yol qəzalarında ölənlərin sayı 31 nəfərə çatıb. Əyalətdə 204 yolda nəqliyyatın hərəkəti dayandırılıb.
Sel suları altında qalanlar üçün axtarış-xilasetmə işləri davam edir.
Humay Eminqızı