Qəzzada ölənlərin sayı 57 500 nəfəri keçdi


  • 10 İyul 14:40

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 57 575 fələstinli ölüb, 136 879 fələstinli yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 18-də atəşkəs pozulduqdan sonra İsrail Qəzzaya hücumlara başlayıb və nəticədə 7 013 nəfər ölüb, 24 838 nəfər yaralanıb.

27 may tarixindən “Qəzza Humanitar Yardım Fondu” tərəfindən humanitar yardım adı altında yaradılan paylama bölgələrində fələstinlilərin hədəf alındığı sistemli hücumlar nəticəsində həlak olanların sayı 766-ya, yaralananların sayı isə 5 044-ə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər