- 11 İyul 19:18
Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı Kiyevdə Ukraynanın RK-360MC “Neptun” raket kompleksinə dair məxfi sənədləri qanunsuz olaraq Çinə ixrac etməyə cəhd göstərən iki Çin vətəndaşını saxlayıb.
E-huquq.az ”Lenta.ru”ya istinadən xəbər verir ki, istintaq zamanı müəyyən olunub ki, casuslardan biri Kiyev texniki universitetlərindən birinin 24 yaşlı keçmiş tələbəsidir. O, 2023-cü ildə akademik uğursuzluğa görə qovulduqdan sonra Kiyevdə qalıb.
Digər təqsirləndirilən isə onunn atasıdır. O, Çində yaşasa da, vaxtaşırı oğlunun kəşfiyyat işini şəxsən əlaqələndirmək üçün Ukraynaya səfər edib.
Məlum olub ki, keçmiş çinli tələbə Ukrayna "“Neptun” raketlərinin istehsalına dair texniki sənədlər almalı imiş. Bunun üçün o, Müdafiə Qüvvələrinin ən son silahlarının hazırlanmasında iştirak edən Ukrayna vətəndaşını işə cəlb etməyə çalışıb.
Axtarışlar zamanı hər iki təqsirləndirilən şəxsin casusluq fəaliyyətlərini koordinasiya etdiklərinə dair yazışmalar da daxil olmaqla sübutlar ələ keçirilib və onların telefonları müsadirə olunub.
Humay Eminqızı