Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edildi


  • 10 İyul 20:37

Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, hazırda PUA-nın hissələrinin düşdüyü yerdə xüsusi xidmətlərin əməkdaşları işləyir.

Moskva meri son dörd saat ərzində paytaxta uçan ümumilikdə dörd PUA-nın məhv edildiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi -Rosaviasiya Moskvanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Oxşar xəbərlər