Məzmuna keç

Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm bəyanat verəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib.

E-huquq.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti "BC News" telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm", – o deyib.

Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüatlar verməkdən imtina edib.

"Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik", – Tramp əlavə edib.