Lavrov Rusiyanın Şimali Koreyanı müdafiə etməyə hazır olduğunu bəyan etdi


  • 11 İyul 11:45

Rusiya Koreya Xalq Demokratik Respublikasına qarşı təxribatların qarşısını almaq üçün əlindən gələni edəcək.

E-huquq.az “Lentra.ru”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Şimali Koreyalı müttəfiqlərimizin qanuni hüquqlarını təmin etmək və sonu pis ola biləcək təxribatların qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - nazir bildirib.

Lavrov həmçinin əlavə edib ki, Moskva ABŞ və onların regiondakı tərəfdaşlarının iştirakı ilə keçirilən genişmiqyaslı hərbi təlimləri ciddi qarşıdurmaya çevrilə biləcək sabitliyi pozan bir amil kimi qiymətləndirir.

Humay Eminqızı

Oxşar xəbərlər