İstanbulda güclü yanğın olub


  • 11 İyul 11:46

Türkiyənin İstanbul şəhərində anbarda güclü yanğın baş verib.

E-huquq.az TRT Haber-ə istinadən xəbər verir ki, İstanbulun Eyüpsultan rayonunda təkər anbarında naməlum səbəblərdən yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yarım və jandarma qrupları cəlb edilib.

Qısa müddətdə yayılan alov yaxınlıqdakı evə də sıçrayıb.

Hadisə nəticəsində 1 yanğınsöndürən tüstüdən zəhərlənib. Ona tibbi yardım göstərilib.

Humay Eminqızı

Oxşar xəbərlər