- 11 İyul 19:18
“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməyə başlayan keçmiş PKK terror təşkilatı proses barədə açıqlama yayıb.
E-huquq.az "Halk TV"yə istinadən xəbər verir ki, özünə "Sülh və Demokratik Cəmiyyət Qrupu" adını verən terror təşkilatı PKK-nın tərəfdarları bu addımı Abdullah Öcalanın iyunun 19-dakı çağırışı əsasında atdıqlarını bildiriblər.
Qeyd edilib ki, silahlar prosesi müşahidə edənlərin gözü qarşısında yandırılıb.
***
“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.
E-huquq.az xəbər verir, bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, silahlar İraqın Süleymaniyə şəhərinin Raperin bölgəsində təhvil verilib.