Xəstənin qaraciyərindən çıxanlar həkimləri şoka saldı - FOTO


  • 11 İyul 14:14

Türkiyənin Gümüşhane şəhərində qarnında şişlik və ağrı şikayətləri ilə xəstəxanaya müraciət edən 76 yaşlı Asiye Taşdelenin qaraciyərində 90 santimetr, 3 ayrı it və pişik kistası aşkar edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 saat davam edən əməliyyatda kistalardan 2-si çıxarılıb, 1-i boşaldılaraq həkim nəzarətə götürülüb.

Əməliyyatı aparan həkimlərdən biri Dr. İsmet Çelik dünyada 90 santimetrə çatan və bütün qarını dolduran kistaya ilk dəfə rast gəldiyini bildirib.

Həkim bu xəstəliyin baytarlıq müayinəsindən keçməmiş sahibsiz və ev heyvanlarının nəcisi ilə birbaşa təmasda olan və ya nəcislə çirklənmiş torpaq, su və ya qida ilə insan orqanizminə daxil olan parazitlərin əmələ gəldiyini bildirib.

Həkim vurğulayıb ki, pişik və itlərlə təmasda olan insanlar həmin heyvanların sağlam olub-olmadığını və pişik-it kistini daşıyıb-daşımadığını yoxlamalıdırlar.

Humay Eminqızı

Oxşar xəbərlər