Dəhşətli qəzada 2 həkim yanaraq öldü - FOTO


  • 11 İyul 14:31

Türkiyənin Malatya şəhərində baş verən ağır yol qəzası 2 tibb işçisinin həyatına son qoyub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tesla markalı avtomobilin yol kənarındakı işıq dirəyinə çırpılması nətincəsində avtomobil alovlanıb.

Hadisə yerli vaxtla 04:00 radələrində baş verib.

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, avtomobildə olan 2 tibb işçisi yanaraq ölüb. Onlar Turgut Özal Tibb Mərkəzində çalışan 33 və 31 yaşlı həkimlər olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər