İsrail Qəzzada yardım gözləyənləri hədəf aldı: 10 nəfər öldü


  • 11 İyul 14:36

İsrail ordusu Rəfah şəhərinin şimal-qərbindəki Şakuş bölgəsində yenidən yardım gözləyənləri hədəfə alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumda 10 fələstinli ölüb, çoxlu sayda yaralı var.

Qeyd edək ki, dünən Qəzzə hökumətinin media ofisi tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İsrail ordusunun Qəzza zolağında “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə qurulan yardım paylama mərkəzlərinə təşkil etdiyi hücumlar nəticəsində 27 may tarixindən bu günə qədər 773 fələstinli həlak olub, 5101 nəfər yaralanıb, 41 nəfər isə itkin düşüb.

Humay Eminqızı

Oxşar xəbərlər