İranın şimalındakı hava limanı xarici reyslərə açıldı


  • 11 İyul 16:30

İranın şimalındakı Gilan əyalətindəki hava limanı təxminən bir aydan sonra yenidən xarici reyslər üçün açılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Gilan Hava Limanının baş direktoru Muhsin Mir Hüseyni Gilandakı “Sərdar Cənqal” hava limanının beynəlxalq uçuşların yerinə yetirilməsi üçün lazımi infrastruktur və standartlara malik olduğunu açıqlayıb.

O, ilk uçuşun dünən Bağdada həyata keçirildiyini də bildirib.

İran rəsmisi bildirib ki, yaxın vaxtlarda Gilandan Rusiyanın Həştərxan şəhərinə müntəzəm reyslər açılacaq.

Humay Eminqızı

Oxşar xəbərlər