- 11 İyul 19:18
Yaponiya ilə Çin arasında münasibətlər yenidən gərginləşib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Çin təyyarələrinin onların təyyarəsinə qeyri-adi şəkildə yaxın uçmasından narahatlığını bildirib. Yaponiyanın Xarici İşlər Nazirliyi Çinlə yaşanan gərginliklə bağlı açıqlama yayıb. Bildirilib ki, Çin təyyarələri son iki gün ərzində Şərqi Çin dənizində müşahidə uçuşları həyata keçirən Yaponiya təyyarələrinə həddən artıq yaxın uçur.
Yaranan vəziyyətin qarşıdurmalara səbəb ola biləcəyi vurğulanıb. Yaponiya tərəfi öz növbəsində Çin hökumətini bu cür hərəkətlərdən çəkinməyə çağırıb.
Çin hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Yaponiya bu yaxınlarda ölkənin cənub-qərb hissəsindəki adaları qorumaq imkanlarını gücləndirmək üçün yeni hərbi baza açıb.
Şəbnəm Mehdizadə