ABŞ Kanada mallarına 35% rüsum tətbiq edəcək


  • 11 İyul 16:43

ABŞ avqustun 1-dən etibarən Kanada məhsullarına sektor tariflərindən ayrı olaraq 35% rüsum tətbiq edəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabında paylaşım edib.

Tramp bildirib ki, Kanada ABŞ ilə birgə işləmək əvəzinə, qisasla cavab verib.

Ağ Ev başçısı, həmçinin ABŞ-də məhsul istehsal edən Kanada şirkətlərinin heç bir tarifə tabe olmayacağını və bunun üçün təsdiq prosesini sürətləndirəcəklərini qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər