- 11 İyul 19:18
ABŞ Dövlət Departamenti işçilərin kütləvi ixtisarına başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
"Dövlət Departamenti bu ilin əvvəlində Tramp administrasiyası tərəfindən açıqlanan genişmiqyaslı yenidənqurma planına əsasən 1300-dən çox əməkdaşını ixtisar edir. Tənqidçilər bu addımın Amerikanın qlobal liderliyinə və onun xaricdən gələn təhdidlərə qarşı mübarizə səylərinə ziyan vuracağını deyirlər", - nəşrdə qeyd edilib.
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, nazirlik ölkə daxilində çalışan 1107 dövlət qulluqçusuna və 246 diplomatik xidmət əməkdaşına işdən azad edilmələri ilə bağlı bildiriş göndərib.
Humay Eminqızı