Aİ-nin əhalisi 450 milyonu ötüb


  • 11 İyul 17:22

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi 2025-ci ilə qədər 450,4 milyon nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Müvafiq olaraq, 2024-cü ilin əvvəlində 449,3 milyon olan Aİ-yə üzv olan 27 ölkənin ümumi əhalisi 2025-ci ildə 450,4 milyona yüksəlib.

Almaniya 83,6 milyon əhalisi ilə Aİ-nin ən çox əhalisi olan üzvü olub.

Fransa 68,6 milyon, İtaliya 58,9 milyon, İspaniya 49,1 milyon, Polşa 36,5 milyon, Rumıniya 19 milyon, Niderland 18 milyon və Belçika 11,9 milyon əhali sayı ilə siyahını davam etdirib.

Ən az əhalisi olan Aİ ölkələri 574,000 əhali ilə Malta və 681,000 əhali ilə Lüksemburqdur.

Humay Eminqızı

Oxşar xəbərlər