KİV: Tramp Netanyahunun İrana zərbə endirə biləcəyi ilə bağlı sözlərinə etiraz etmədi


  • 08:45

ABŞ Prezidenti Donald Tramp bu həftə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb. Görüş zamanı Netanyahunun İran nüvə silahı üzərində işləri bərpa edəcəyi təqdirdə İslam Respublikasına yenidən zərbə endirə biləcəyi ilə bağlı sözlərinə Tramp etiraz etməyib.

E-huquq.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.

“Tramp Baş nazirə diplomatik həll yoluna üstünlük verdiyini bildirib. Bununla belə, ABŞ Prezidenti İranı atom bombası hazırlamağı qadağan edən sazişi imzalamağa sövq etmək üçün bundan sonra da hücum təhlükəsindən istifadə etmək niyyətindədir”, - nəşrdə bildirilir.

“Wall Street Journal”da qeyd edilir ki, Tramp diplomatik danışıqların davam etməsi üçün Netanyahuya İrana zərbə endirməməklə bağlı təzyiq edə bilər. Eyni zamanda, yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, ölkəsi hücum etməzdən əvvəl ABŞ-dən icazə istəməyə də bilər.

Oxşar xəbərlər