ABŞ Avropa İttifaqı və Meksikaya qarşı 30 fazilik rüsumlar tətbiq etdi


  • 12 İyul 19:00

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) və Meksikadan idxal edilən məhsullara 30 faiz rüsum tətbiq etdiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkə hesabında paylaşım edib.

Dövlət başçısının sözlərinə görə, avqustun 1-dən etibarən Aİ və Meksikadan Amerikaya gətirilən mallara 30 faiz rüsum tətbiq olunacaq.

ABŞ ötən il Meksikadan təxminən 500 milyard, Aİ-dən isə 606 milyard dollarlıq məhsul idxal edib.

Oxşar xəbərlər