Putin yalnız Kiyev təslim olandan sonra Zelenski ilə görüşmək istəyir - İDDİA


  • 12 İyul 22:40

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə yalnız Kiyev təslim olduqdan sonra razılaşacaq.

E-huquq.az xəbər verir ki, Ukraynanın xarici işlər nazirinin müavini Serhiy Kislitsa yerli nəşrlərə açıqlamasında belə deyib.

Nazir İstanbuldakı Rusiya nümayəndə heyətinə istinadən bildirib: "Putinin mandatı (İstanbul danışıqlarında – red.) təslim olmağa məcbur etməkdir. Onların məntiqi bizimkinin əksinədir. Biz deyirik: gəlin, liderlərin görüşünə şərait yaratmağa, razılıq əldə etmək üçün əlverişli konstruktiv mühit yaratmağa töhfə olaraq atəşkəs yaradaq. Onlar açıq şəkildə deyirlər: "Xeyr, ilk növbədə siz bizim tələblərimizi qəbul edəcəksiniz və yalnız bundan sonra biz liderin görüşünü təşkil edəcəyik".

S.Kislitsa onu da bildirib ki, Rusiya Federasiyası ilə İstanbul danışıqlarının formatı praktiki olaraq tükənib. Onun sözlərinə görə, Rusiya görüşdə ultimatumlar verir. Diplomatın sözlərinə görə, Rusiyanın indi məqsədi prosesi bürokratikləşdirmək və İstanbulu ikinci Minskə çevirməkdir: yəni nümayəndə heyətləri görüşəcək, vaxt itirəcək – heç bir real nəticə əldə olunmayacaq.

Oxşar xəbərlər