Türkiyə və İraq liderləri regional və qlobal məsələləri müzakirə etdilər


  • 12 İyul 23:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb.

E-huquq.az xəbər verir ki, danışıqlar zamanı Türkiyə ilə İraq arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Məlumata görə, Ərdoğan “Terrordan Azad Türkiyə” prosesinin həssaslıqla həyata keçirildiyini, Türkiyənin terroru bölgədən daimi olaraq yox etməyi hədəflədiyini, bundan sonra da qətiyyətli addımlar atılacağını, prosesi baltalamağa çalışanlara qarşı ayıq-sayıq olacaqlarını bildirib.

Oxşar xəbərlər