Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər öldü, onlarla insan zəhərləndi


  • 10:09

Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.

Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər