Türkiyədə 16 immiqrant tutuldu


  • 14 İyul 10:31

Türkiyənin Balıkəsir şəhərində bir qrup qeyri-qanuni miqrant rezin qayıqla Yunanıstana qaçmağa cəhd edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Egey dənizində sahil mühafizə qrupları tərəfindən yaxalanıblar.

Miqrantlar Cunda adasındakı Sahil Mühafizə Komandanlığına gətirilərək qida, geyim, dərman və tibbi ləvazimatlarla təmin edildikdən sonra, Balıkəsir İl Miqrasiya İdarəetmə Mərkəzinə təhvil veriliblər.

Humay Eminqızı

Oxşar xəbərlər