- 14 İyul 22:08
Fransada təxliyə olunan kamera yoldaşının əşyaları arasında gizlənən məhbus həbsxanasından qaçmağı bacarıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lion şəhəri yaxınlığındakı Korbas həbsxanasında məhbus kamera yoldaşının sərbəst buraxılması zamanı onun əşyaları arasında gizlənərək qaçıb.
Fransa Həbsxana Administrasiyasının direktoru Sebastien Cauvel CNN-in BFMTV kanalına verdiyi açıqlamada, "Bu şəxs kamerada qaldığı məhbusun sərbəst buraxılmasından istifadə edib və qaçıb" deyə bildirib.
O, həbsxana tarixində belə bir qaçışın daha əvvəl baş vermədiyini vurğulayaraq, "Bu, son dərəcə nadir və görünməmiş bir hadisədir. Bu, bir sıra ciddi səhvlərin nəticəsidir" deyib.
Məhbusun qaçdığı məlum olduqdan sonra araşdırmalar başlanılıb.
Qaçan məhbus çoxsaylı cinayətlərdə təqsirli bilinib və mütəşəkkil cinayətlə əlaqəli iş üzrə də istintaqa cəlb edilib.
Fransa İnformasiya Agentliyinin direktoru Sebastien Cauvel, Korbas həbsxanasının tutumunun 170 faiz aşdığını bildirib və həddindən artıq sıxlığın həbsxana işçilərinin iş şəraitini əhəmiyyətli dərəcədə əngəllədiyini də qeyd edib .
Humay Eminqızı