Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 50 nəfər saxlanılıb


  • 14 İyul 11:04

Son 2 həftə ərzində Türkiyənin 20 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, keçirilən əməliyyatlar zamanı 50 nəfər saxlanılıb.

Şübhəlilərdən 33-nün həbs olunduğunu, 5-i haqqında isə məhkəmə nəzarəti qərarı çıxarıldığını bildirən Yerlikaya, digər şübhəlilər haqqında əməliyyatların davam etdiyini bildirib.

Qeyd edək ki, Türkiyədə 2025-ci ilin əvvəlindən FETÖ-yə qarşı həyata keçirilən əməliyyatlarda ümumilikdə 910 nəfər həbs edilib, 1006 nəfər haqqında isə məhkəmə nəzarəti qərarı verilib.

Humay Eminqızı

Oxşar xəbərlər