İndoneziyada güclü zəlzələ oldu


  • 14 İyul 11:23

İndoneziyanın Maluku bölgəsində 6,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Tual şəhərindən təxminən 180 kilometr cənub-qərbdə yerləşib və təxminən 65,7 kilometr dərinlikdə baş verib.

Hazırda bu təbii fəlakət nəticəsində insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib.

Qeyd edək ki, zəlzələdən sonra sunami ilə bağlı hər hansı xəbərdarlıq elan olunmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər