- 16 İyul 23:07
Türkiyənin Ədirnə şəhərini Keşan rayonunda meşə yanğını baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın küləyin təsiri ilə böyüyüb.
Yanğın 40 hektar ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün əraziyə 5 helikopter və 4 təyyarə də cəlb edilib.
Yanğının qarşısını almaq mümkün olub.
Hadisə nəticəsində, yanğının başladığı yerdə yük maşını qatı tüstü səbəbindən aşıb, avtomobildə olan 4 nəfər yüngül xəsarətlər alıb.
Humay Eminqızı