- 14 İyul 22:08
Nigeriyada 161 milyon insan qida çatışmazlığı təhlükəsi ilə üz-üzədir.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Nazirliyinin Qida təhlükəsizliyi və qidalanma departamentinin direktoru Alhaji Nuhu Kilişii paytaxt Abucada keçirilən “Qida və Qida Təhlükəsizliyi Böhranına Hazırlıq Planı” toplantısında çıxışı zamanı deyib.
Kilişii hökumətin bu problemlə mübarizə üçün tədbirlər görməyə başladığını bildirib.
O vurğulayıb ki, Dünya Bankı tərəfindən dəstəklənən "Nigeriyada Qidalanma Nəticələrinin Sürətləndirilməsi" layihəsinin bir hissəsi olaraq hazırlanan plan həssas əhali üçün davamlı və keyfiyyətli qidalanma xidmətlərini artırmaq məqsədi daşıyır.
Kilişi ölkədə 2014-cü ildə 35 faiz olan orta və şiddətli ərzaq çatışmazlığı nisbətinin son illərdə təxminən 74 faizə yüksəldiyini qeyd edərək, Nigeriyalıların yalnız 20 faizinin ərzaq təhlükəsizliyinin olduğunu əlavə edib.
Eyni zamanda, böhrana qarşı hazırlanmış tədbirlər çərçivəsində 774 yerli idarəetmə vahidində ev bağçası üçün toxum və vəsaitlər paylanacaq.
Humay Eminqızı