Dəhşətli qəzada ana və 3 yaşlı oğlu öldü


  • 14 İyul 13:39

Türkiyənin Bayburt şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayburtda 2 mikroavtobusun toqquşması nəticəsində ana və 3 yaşlı oğlu ölüb, 6 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.

Nəqliyyat vasitələrində sıxışan bəzi yaralılar qruplar tərəfindən xilas edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər