Vəkil rüşvət alarkən saxlanıldı


  • 14 İyul 13:42

Türkiyədə vəkil rüşvət alarkən saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İyulun 10-da İstanbul Anadolu Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu Şilə Bələdiyyəsinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı aralarında Şile bələdiyyə başçısı Özgür Kabadayı da daxil olmaqla 6 nəfər saxlanılıb.

Şahid ifadələri əsasında aparılan araşdırmalarda, aralarında bələdiyyə sədri, bələdiyyə sədrinin müavini və bələdiyyə daxilində hüquq işləri üzrə məsul işçinin də olduğu şübhəlilərin planlı şəkildə rüşvət istəyib aldıqları qeyd edilib.

İddiaya görə, Şilə Bələdiyyəsində hüquq işlərinə cavabdeh olan şübhəli vəkil Ali Şafak, tikinti icazələrinin verilməsi qarşılığında tələb olunan 20 min avro rüşvəti alarkən yaxalanıb.

Humay Eminqızı

Oxşar xəbərlər