- 14 İyul 22:08
Almaniyada ixtisaslı işçi çatışmazlığı yaxın illərdə daha da artacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər veri ki, bu barədə məlumat Alman İqtisadiyyat İnstitutunun (IW) araşdırmasında yer alır.
Qeyd olunub ki, 2028-ci ilə qədər 768 000 vəzifənin adekvat ixtisaslı mütəxəssislər tərəfindən tutulmayacaq.
2024-cü ildə bu göstərici orta hesabla 487 000 nəfər olub.
Araşdırmanın müəlliflərindən biri olan Jurek Tiedemann bunun əsas səbəbinin demoqrafik dəyişiklik olduğunu deyib.
“Yaxın illərdə bir çox insan təqaüdə çıxacaq. Əgər bu çatışmazlığı azalda bilməsək, gələcəkdə daha çox insan bunu gündəlik həyatlarında hiss edəcək" - deyə iqtisadçı bildirib.
Tədqiqat göstərir ki, ixtisaslı işçi qüvvəsində ən böyük azalma metal emalı peşələrində baş verəcək. Bu peşələrdə ixtisaslı işçilərin sayının 2028-ci ilə qədər təxminən 161,200 nəfər azalacağı təxmin edilir.
Şəbnəm Mehdizadə