İrlandiyada 796 körpənin basdırıldığı yerdə qazıntılar aparılır


  • 14 İyul 16:03

İrlandiyanın Tuam şəhərində 796 körpənin dəfn olunduğu yerdə qazıntılara başlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 1925-ci ildən 1961-ci ilə qədər fəaliyyət göstərən “Müqəddəs Məryəm” ana-körpə evində doğulan körpələrin qalıqları ilk dəfə 1975-ci ildə aşkarlanıb. Belə ki, alma yığan iki uşaq ilk dəfə tərk edilmiş septik çəndə insan sümüklərini aşkar edib. Lakin bununla bağlı tədbir görülməyib. Uzun illər qeydə alınmayan bu ölümlər 2014-cü ildə yerli tarixçi Ketrin Korlessin 796 körpə üçün verilən ölüm şəhadətnamələrini üzə çıxarması ilə gündəmə gəlib.

İndi arxeoloqlar, antropoloqlar və məhkəmə ekspertlərindən ibarət beynəlxalq komanda körpələrə aid qalıqları müəyyən edib ailələrinə qaytarmağı hədəfləyir. 5000 kvadratmetr sahədə başlayan qazıntı təxminən iki il davam edəcək.

Qazıntılara əvvəllər Beynəlxalq Qızıl Xaç Komitəsinin üzvü olan Daniel MacSweeney rəhbərlik edir. İrlandiya, Böyük Britaniya, ABŞ, Avstraliya, Kolumbiya və İspaniyadan olan ekspertlər məhkəmə-tibb standartlarına uyğun sübutlar toplamaq üçün çalışırlar.

Bəzi ailələr artıq DNT nümunələrini təqdim ediblər. Ərazidə laboratoriya yaradılıb və nümunələr ilkin analiz üçün oraya göndəriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər