ABŞ-də qocalar evində yanğında 9 nəfər ölüb


  • 14 İyul 16:36

ABŞ-nin Massaçusets ştatında qocalar evində baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Massaçusets Yanğın Departamenti məlumat yayıb.

Departament yerli vaxtla axşam saat 22:00 radələrində ştatın Fall River bölgəsindəki qocalar evində yanğının baş verdiyini açıqlayıb.

Açıqlamada bildirilib ki, təxminən 70 nəfərin yaşadığı obyektdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, lakin 9 nəfər ölüb.

Qocalar evinin bəzi sakinləri xilas edilərək xəstəxanaya çatdırılıb, 5 yanğınsöndürən isə yüngül xəsarətlər alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər