Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşdü


  • 14 İyul 18:59

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüş keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Zelenskinin Ofisi məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar məhsuldar olub və Rusiya-Ukrayna münaqişəsinin təhlükəsizlik və sülh yolu ilə həlli ilə bağlı əsas məsələlərə toxunulub.

Görüşün sonunda Zelenski Kelloqa səfərinə görə təşəkkürünü bildirib, eyni zamanda Donald Trampa Ukraynaya dəstək ifadələri və silah tədarükünün bərpası ilə bağlı verdiyi müsbət qərarlara görə minnətdarlığını ifadə edib.

Oxşar xəbərlər