Paşinyanla Makron görüşdü


  • 14 İyul 22:08

Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.

E-huquq.az xəbər verir ki, görüşdə Ermənistan-Fransa münasibətlərinin gündəliyində duran bir sıra məsələlər, o cümlədən birgə proqramların həyata keçirilməsi müzakirə olunub.

Baş nazir Brüsseldə keçirilən müzakirələrə toxunaraq, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirdiyini vurğulayıb.

Həmçinin regional əhəmiyyətli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər