- 17:45
Türkiyənin Samsun şəhərində 3,6 bal bal gücündə zəlzələ olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, eraltı təkanlar Samsunun Ladik rayonunda, yerli vaxtla səhər saat 6:08-də yerin 10,08 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ Samsunun mərkəzindı və ətraf rayonlarda da hiss olunub.
İlkin məlumatlara görə, dağıntı və tələfat qeydə alınmayıb.
Əhaliyə diqqətli olmaq barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə