Sudanda hücumlarda 300 nəfər ölüb


  • 10:32

Sudanın mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparan üsyançı Çevik Dəstək Qüvvələrinin (HDK) Şimali Kordofan əyalətinə hücumu zamanı 300-ə yaxın insan ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, işğal altındakı Bara şəhəri yaxınlığındakı kəndlərə hücumlar həyata keçirilib.

Şaq Əlnom kəndində 200-ə yaxın insan yandırılıb, silahla vurulub. Hilat Həmid kəndinə hücum zamanı aralarında hamilə qadın və uşaqların da olduğu 46 nəfəri öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı bəyanatda son hücumlar nəticəsində 3400-dən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

Sudan ordusu ölkənin mərkəzi və şərq bölgələri üzərində möhkəm nəzarəti bərqərar etdiyi halda, Çevik Dəstək Qüvvələri Şimali Kardofan əyaləti də daxil olmaqla qərb bölgələrində öz nəzarətini gücləndirməyə və güclərini gücləndirməyə çalışır. Sudanda iki ildir davam edən vətəndaş müharibəsi təxminən 12 milyon insanı didərgin salıb, humanitar böhran yaradıb, ölkə əhalisinin yarıdan çoxunu şiddətli aclığa sürükləyib və vəba kimi yoluxucu xəstəliklərin bütün ölkəyə yayılmasına səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər