- 17:45
Panama sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Burica bölgəsindən 206 kilometr aralıda olduğunu bildirib.
Təxminən 10 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar zamanı dağıntı və insan tələfatı olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Şəbnəm Mehdizadə