- 17:45
Türkiyyənin Kocaeli şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaelinin Dilovası rayonunda yük maşını iki minik avtomobilinin toqquşduğu yol qəzasında 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə yerinə jandarma, polis, xilaedicilər və tibb qrupları göndərilib.
Avtomobildə olan 5 nəfərin həyatını itirdiyi müəyyən edilib.
Yaralı sürücü xəstəxanaya aparılıb.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə