- 17:45
Türkiyənin 60 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğunun apardığı istintaq zamanı terror təşkilatını maliyyələşdirdiyi müəyyən edilən 371 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Mərkəzi İzmir olmaqla 60 vilayətdə keçirilən əməliyyat zamanı çoxlu sayda şübhəli şəxs saxlanılıb.
Araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə