- 17:45
Fransa müdafiə xərclərinin büdcəsini 2027-ci ilə qədər 64 milyard avroyadək yüksələcək.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Müdafiə Nazirliyində yüksək rütbəli hərbi məmurlar qarşısında çıxışı zamanı məlumat verib.
Prezident 2027-ci ildə müdafiəyə ayrılan illik büdcənin 2017-ci ilə nisbətən iki dəfə artırılacağını bildirib.
Makron həmçinin 2026-cı ildə 3,5 milyard, 2027-ci ildə 3 milyard olmaqla müdafiə sənayesinə əlavə 6,5 milyard ayıracağını da deyib.
Qeyd edək ki, Fransa 2025-ci ildə müdafiə üçün 50,5 milyard avro büdcə ayırıb.
Şəbnəm Mehdizadə