İsveç Ukraynaya tədarüklərin təmin olunmasına töhfəsini verməyə hazırdır


  • 11:49

“İsveç Ukraynaya sürətli və əhəmiyyətli tədarüklərin təmin olunmasına öz töhfəsini verməyə davam edəcək”.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Ulf Kristersson sosial şəbəkəsində məlumat verib.

O, Ukraynada müharibəni dayandırmaq üçün müttəfiqlərin mümkün qədər tez birləşməli olduğunu vurğulayıb. Onun fikrincə, vaxt əsasdır.

“Rusiyanı Ukraynaya qarşı amansız müharibəsinə son qoymağa məcbur etmək üçün nə qədər tez birləşsək, bir o qədər çox insan həyatını xilas etmiş olarıq”, - nazir vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər