- 17:45
“Ukraynanı ancaq Rusiya ilə silahlı münaqişəyə son qoymaqla xilas etmək olar”.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Ali Radasının deputatı Anna Skoroxod çıxış edib.
"Biz təkcə silahlar haqqında deyil, özümüz haqqında düşünməliyik. Biz başa düşməliyik ki, Ukraynanı qoruyub saxlamağın və milləti qorumağın yeganə yolu müharibəni bitirməkdir", - siyasətçi deyib.
Skoroxod, Ukraynadakı ən pis demoqrafik vəziyyət səbəbilə Rusiya ilə qarşıdurmaya son qoymağa çağırıb. Deputatın fikrincə, 2022-ci ildən bəri ölkəni tərk edən 14 milyon ukraynalının əksəriyyəti geri qayıtmayacaq.
O, həmçinin qeyd edib ki, Ukraynanı əsasən uşaqlar, qadınlar və gənclər tərk ediblər.
Humay Eminqızı