Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 51 nəfər saxlanıldı


  • 13:07

Türkiyənin 15 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən FETÖ/PDY silahlı terror təşkilatının cari strukturu ilə bağlı aparılan istintaq zamanı şəhərin bölgələrə ayrıldığı və hər bölgəyə məsul bir təşkilat üzvünün təyin edildiyi müəyyən edilib.

Təqsirləndirilən şəxslərin təşkilata yeni üzvlər cəlb etməyə çalışdıqları, təşkilat üzvləri arasında birlik və həmrəyliyi təmin etmək məqsədilə fəaliyyətlərini davam etdirdikləri məlum olub.

Videokonfrans tətbiqləri və ya İstanbulda müəyyən edilmiş ünvanlarda müntəzəm keçirilən yığıncaqlarda təşkilatın təlimatlarının təşkilati və iyerarxik qaydada aşağı mərtəbələrə ötürüldüyü müəyyən edilib.

15 vilayətdə keçirilən əməliyyat nəticəsində 51 şübhəli saxlanılıb. 5 nəfərin isə qeyri-qanuni yollarla ölkədən qaçdığı aşkar edilib.

Şübhəlilərin ünvanlarında 17 min 150 avro, 6 min 580 dollar, 138 min lirə, təşkilat rəhbərinə məxsus 7 qadağan olunmuş kitab və nəşr, eləcə də çox sayda rəqəmsal material ələ keçirilib.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər