- 15 İyul 23:36
Filippinin şimalındakı İlokos Norte əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla səhər saat 10:30 radələrində, Pasuquin şəhərinin təxminən 29 kilometr şimal-qərbində, yerin 27 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.
Yeraltı təkanların qonşu Caqayan, İlokos Sur, İzabela və Abra əyalətlərində hiss olunub.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin Sakit Okean Seysmik qurşağında yerləşir və “Alov halqası” olaraq da tanınır.
Şəbnəm Mehdizadə