- 17:45
Pakistanda davam edən musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 111 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (NDMA) məlumat yayıb.
Musson yağışlarının Xayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərində son 48 saat ərzində yağan yağışlar nəticəsində yaranan daşqınlarda 7 nəfər ölüb, 12 nəfər yaralanıb.
26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayı 111-ə, yaralıların sayı isə 212-yə çatıb.
Yağışların ölkə ərazisində intensivləşə biləcəyinə dair əhaliyə xəbərdarlıq edilib.
Qeyd edək ki, hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərində yağan musson yağışları yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
Şəbnəm Mehdizadə