Türkiyədə 6 min il yaşı olan məbəd tapıldı


  • 15:57

Türkiyənin Elazığ şəhərində arxeoloji qazıntılar zamanı 6 min illik məbəd yeri aşkar edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elazığın Tadım kəndinin mərkəzindəki qala və kurqanda aparılan arxeoloji qazıntılar zamanı ortaya çıxan tikililər, əsərlər və tapıntılar şəhərin 6 000 illik tarixinə işıq salıb.

Tapılan qazıntlar şəhərin həyat tərzinə dair əhəmiyyətli məlumatlar əldə etməkdə mühüm töhfə kimi qiymətləndirilib.

Hündürlüyü təqribən 35 metr, ölçüləri 210x160 metr olan qala və kurqanda Son Kalkolit və Erkən Tunc dövrünə aid məbəd yeri aşkar edilib.

Məbəddəki kanalda insan və heyvan sümüklərinin və üzərində bıçaq izləri olan qurbangah daşının tapılması müasir inanca görə insan və heyvanların tanrılara qurban verildiyini deməyə əsas verir.

Burada həmçinin müxtəlif divar qalıqları, tanrılara qurban verilməsi üçün istifadə edildiyi güman edilən dörd kürsü, müqəddəs ocaq, əkinçilik işlərində istifadə olunan möhürlər, saxsı qablar, ox ucları, torpaq (yun və sap əyirmək üçün istifadə olunan alət) və keramika parçaları kimi tapıntılar da tapılıb.

Regional turizm idarəsinin sədri Əhməd Demirdağ Elazığda Fırat Universitetinin dəstəyi ilə başda Harput qalası, Tadım qalası, Palu qalası və Salkaya kəndi olmaqla dörd fərqli yerdə qazıntıların aparıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər