- 17:45
Ukraynanın Baş naziri Denis Şmıqal bu gün istefa verib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
"Cəbhəni qoruyan və Ukraynanı mühafizə edən müdafiəçilərimizə təşəkkür edirəm! Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimadına görə minnətdaram!", - D.Şmıqal qeyd edib.
Daha əvvəl D.Şmıqala müdafiə naziri vəzifəsinin təklif edilə biləcəyi barədə məlumat verilmişdi.
Ukrayna Prezidenti V.Zelenski bu gün Yuliya Sviridenko ilə görüş keçirib, ona bir gün əvvəl ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib. Y.Sviridenko hazırda Baş nazirin birinci müavini və iqtisadiyyat naziridir.
Onlar yenilənmiş hökumətin ilk addımlarını müzakirə ediblər.