- 17:45
ABŞ-nin Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edilib.
E-hquuq.az “NBC News”a istinadən xəbər verir ki, ştatın qubernatoru Fil Merfi güclü yağışların səbəb olduğu daşqınlarla bağlı fövqəladə vəziyyət elan edib.
O, əhaliyə evdə qalmaq və vacib olmadığı halda səyahət etməməklə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Nyu-Cersi ştatında iyulun əvvəlində güclü yağış və fırtına zamanı 3 nəfər həlak olub.
Texas ştatında iyulun 4-də yağan qəfil leysan yağış Kerr bölgəsindəki Qvadalupe çayının daşmasına səbəb olub.
İndiyədək daşqınlarda 129 nəfərin ölüb. Təxminən 150 nəfər itkin düşüb.
İtkin düşənlərin axtarışları davam edir.
Şəbnəm Mehdizadə