- 15 İyul 23:36
Türkiyənin Bolu şəhərində fabrikdə güclü yanğın olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, tibb məhsulları istehsal edən fabrikdə naməlum səbəbdən yanğın başlayıb. Güclü külək nəticəsində alov sürətlə yayılıb.
Əraziyə dərhal çoxlu sayda yanğınsöndürən, tibbi qruplar göndərilib. Ehtiyat tədbiri olaraq fabrikin yaxınlığında yerləşən 5 evin sakinləri təxliyə edilib.
Təxminən iki saat sonra yanğın nəzarət altına alınıb. Ərazidə soyutma işləri davam edir.
Yanğın zamanı fabrikə böyük ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə